Status store - Divar kağızları

status store

Sizin Rəqəmsal
Divar Kağızları
Mağazanız

Divar kağızları aləmi

Status store - Divar kağızları

1994-cü ildə təsis olunmuş, ilk mağazası 1996-cı ildə açılmış Status şirkəti divar kağızlarının etibarlı tədarükçüsüdür. Bizim üçün ən ümdə məsələ məhsullarımızın keyfiyyəti və müştəri məmnuniyyətidir. Məhz belə bir sarsılmaz prinsipi rəhbər tutaraq müştərilərimizin arzu və istəklərini reallaşdırmağa çalışırıq. Məhsullarımızın çeşidinə yalnız divar kağızları deyil, həm də yapışdırıcılar, foto divar kağızları, fiberglass divar kağızları və təmir üçün zəruri olan digər materiallar daxildir. Yüksək keyfiyyətli, fərqli təkliflərimiz mənzillərinizə dayanıqlı üslub verir. Azərbaycan bazarında uzun müddətli tərəfdaşlığımız və sertifikatlarımız isə keyfiyyətimizin təminatçılarıdır.



Status dünya trendlərinin önündə olmağa çalışır, yeni dizayn və meylləri fəal şəkildə axtarır. 30 il ərzində formalaşmış 1000-dən çox kataloqdan ibarət kolleksiyamız həm təkamül qabiliyyətimizin, həm də yeni təmayüllərə uyğunlaşmaq bacarığımızın göstəricisidir. Ukrayna, Almaniya, Rusiya, Fransa, Belarus və Çindəki tərəfdaşlarımızla qurduğumuz işə əsaslanaraq müştərilərimizi əmin edirik ki, onlar arzuladıqları, beynəlxalq üslublara aid müxtəlif divar kağızlarını fərqli çeşidlərimizdə tapacaqlar.

 

Etibarlı tərəfdaşlarımızın şəbəkələri sayəsində Statusun məhsulları Azərbaycanın hər bir guşəsinə asanlıqla çatır. Bakının ən məşhur ticarət mərkəzlərində, o cümlədən, Sədərək, Eurohome, 8 km və Abşeronda təkliflərimizi nəzərdən keçirin. Bakının əsas məntəqələrindəki dörd özəl mağaza ilə əlçatanlığı və rahatlığı təmin edirik. Xarici və yerli tərəfdaşlarımızla uzunmüddətli, müvafiq olaraq iyirmi və on beş illik işgüzar münasibətlərimiz göstərir ki, etibar bizim üçün ən əsas prinsipdir. Keyfiyyətli divar kağızları ilə yanaşı, həm də 20 rulondan çox sifarişlər üçün çatdırılma, eksklüziv endirim kampaniyaları və təcrübəli peşəkarların məsləhətləri kimi xidmətləri də təqdim edirik. E-poçt və ya WhatsApp vasitəsilə bizimlə asanlıqla əlaqə saxlayın.