Industry fabriki özündə divar kağızlarının müasir istehsalını təcəssüm etdirərək bu sahə üzrə dünya standartlarına tam cavab verir. Divar kağızları OLBRICH və STORK kimi lider alman şirkətlərinin təqdim etdikləri iki müasir xətdə qravür və ekran çapı üsulları ilə istehsal edilir. Gemin və Colorsat Compact dozatorları rənglərin dəqiq əks etdirilməsi üçün xammalın hazırlanmasını avtomatlaşdırır. Relyefli vinil divar kağızları müxtəlif teksturaları, rəngləri və dekorativ effektləri vəsf edən əbədi klassikadır. Zəngin çeşidimiz fərqli zövqləri təmin edərək, ən tələbkar müştəriləri belə razı salır. Yüksək keyfiyyəti, ekoloji cəhətdən təmizliyi, eksklüziv dizaynı, praktikliyi və münasib qiymətlərilə fərqlənən məhsullarımız Industry fabrikinin laboratoriyasında ciddi yoxlamalardan keçirilir və GOST 6810–2002 standartlarına cavab verir. Bunlardan əlavə, İndustry fabriki Vernissage, AnturAGe, new AGe, Wallsecret Comfort, Wallsecret Basic və Wallsecret Elite kimi brendləri istehsal edir.