Divar kağızları kataloqu - Erismann

Divar kağızları kataloqu - Erismann

1838-ci ildə əsası qoyulmuş, divar kağızları sənayesinin ənənəvi şirkətlərindən biri olan Erismann & Cie. GmbH artıq 180 ildən çoxdur ki, öz məhsullarını təqdim edir. Bu şirkətin beynəlmiləl dizayner komandası dizayn və rəng işinin son təmayüllərinə uyğun təsvir və materiallar yaradır. 5000-dən çox müxtəlif məhsulun daxil olduğu istehsal proqramı kağız və ya flizelin əsaslı strukturlu və vinil divar kağızlarını, basma naxışlı kağız və parça, eləcə də birbaşa çaplı qeyri-parça divar kağızlarını təqdim edir. İstehsalatda üçün rotasiyalı basma qəlib, dərin çap və naxış basma kimi müasir texnologiyalardan istifadə edən, öz laboratoriyaları və müstəqil nəzarət üsulları ilə dəstəklənən Erismann şirkəti məhsullarının üksək keyfiyyətini təmin edir.