Divar kağızları kataloqu - Komar

Divar kağızları kataloqu - Komar

Alman istehsalçısı Komarın qabaqcıl foto divar kağızları artıq 50 ildən çoxdur ki, müştərilərini valeh edir. Yüksək keyfiyyətli materiallardan hazırlanan Komar dizaynları unikal və fərdidir. İstənilən zövqü təmin edən, geniş motivli divar kağızlarımız hər bir otaq üçün münasibdir. Məhsulların çeşidinə təbiət, bitki, peyzaj, şəhər və meqapolislərin, Disneyin popoulyar (Marvel, Walt Disney Co., və Star Wars) personajlarının təsvirləri olan foto divar kağızları daxildir. Komar Products GmbH & Co. uzun müddətdir ki, foto divar kağızlarının istehsalı və satışı ilə məşğuldur. Bu sahənin əsas liderlərindən birinə çevrilmiş Komar şirkəti istehsal etdiyi foto divar kağızlarının uğurunda həlledici rol oynayan iki mühüm məsələdən diqqətini əsirgəmir: Yüksək keyfiyyət və fərqli dizayn. Divar kağızları eskizdən çapadək xüsusi diqqətlə işlənib hazırlanır.